RU

Magistral su xətti partladı, 20 mindən çox abonent susuz qaldı Fotolar+Yenilənib

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kürdəmirdə magistral su xətti partlayıb, rayon mərkəzi 20 mindən artıq abonent susuz qalıb.

“Qafqazinfo” xəbər veirr ki, qəza Külüllü-Kürdəmir magistral su xəttinin 32-ci km-dəki hissəsində - rayonun Qaraqocalı kəndi ərazisində qeydə alınıb.

Diametri 55 mm olan su borusunun partlaması nəticəsində ətrafdakı həyətyanı sahələri su basıb və sakinlərə xeyli maddi ziyan dəyib. Hadisə yerinə aidiyyəti qurumun canlı qüvvəsi və texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Külüllü-Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayonun ümumilikdə 21 min sakinini içməli su ilə təmin edir.

***

Kürdəmir su melorasiya sistemləri istismarı idarəsindən bildirilib ki, günün sonuna qədər əhali içməli su ilə təmin ediləcək.

Yunis Quliyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
8
qafqazinfo.az

10Источники