RU

Rastropoviç, Meraya Keri, Tarantino və Rentgen Tarix onları bir araya gətirdi

ain.az, Bizim media portalına istinadən məlumat verir.

27 mart böyük şəxsiyyətlərin, dünya şöhrətli ulduzların doğum günü qeyd olunan tarixdir. Sanki bu tarix qızıl statusunu almaq üçün yarışa girib. Bu gün dünya şöhrətli violençelist, dirijor, SSRİ xalq artisti, Qremmi mükafatı laureatı Mistislav Rastropoviçin ad günüdür. Mstislav Rostropoviç 1927-ci ildə Bakıda dünyaya gəlib. Rostropoviç uşaqlıq və gənclik illərini Bakıda keçirib. İkinci dünya müharibəsi illərində ailəsi Moskvaya köçüb. 1950-ci ildə isə cəmi 23 yaşında o zaman Sovetlər Birliyində ən ali mükafat hesab olunan Stalin mükafatına layiq görülüb. Rostropoviç ailəsi ilə birgə 1974-cü ildə Sovetlər İttifaqını tərk edərək ABŞ-yə yollanıb.

 

Ümumilikdə 50-yə yaxın mükafata layiq görülüb, ən yaxşı kamera musiqi ifaçısı nominasiyasında Gremmi mükafatı alıb. 

Bu gün anadan olmuş daha bir musiqiçi Meraya Keri də Qremmi mükafatçısıdır, həm də beşqat. 1969-cu ildə anadan olmuş Keri həm də mahnı müəllifi, prodüser, aktrisa, sahibkar və xeyriyyəçidir. O, beş oktavalı vokal diapazonu, melismatik oxuma tərzi ilə tanınır ki, bu da ona Ginnesin Rekordlar Kitabına "Songbird Supreme" titulunu qazandırıb. Daha bir şöhrətli sənətçi Kventin Tarantino da 1963-cü ilin 27 martında doğulub. Hollivud rejissoru, aktyoru və prodüseridir. Kventin Tarantino fəaliyyəti dövründə Oskar mükafatı, Qızıl Palma Budağı, Qızıl Qlobus mükafatlarını qazanıb. Çəkdiyi filmlər arasında "Quduz köpəklər" (1992), "Kriminal qiraət" (1994), "Şəfəqdən qüruba qədər" (1996) və "Billi öldürmək" (2003), "Şərəfsiz əclaflar" (2009) daha məhşurdur. 

 

Bu gün həm də səhiyyə sisteminin vazkeçilməzi olan rentgen cihazının yaradıcısı alman fizik Vilhelm Konrad Rentgen doğulub. Adını daşıdığı şüaların kəşfi ilə Nobel mükafatı alıb. 

Tədqiqatları pyezoelektrik və piroelektrik xassələrinə, onlarda elektrik və optik hadisələr arasındakı əlaqəyə və maqnetizmə aiddir. X-şüalarını (rentgen şüaları) kəşf etmiş, ilk rentgen borusunu yaratmışdır. Şəfiqə Şəfa, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
2
1
bizim.media

2Источники