RU

Azərbaycan-Türkiyə Birgə Media Platforması daha geniş şəkildə inkişaf etdiriləcək - İcraçı direktor

Azərbaycan–Türkiyə Birgə Media Platforması iki ölkə mediasının əlaqəli və səmərəli fəaliyyət göstərməsini nəzərdə tutan platforma çərçivəsində müvafiq işlər görür.

Medianın İnkişafı Agentliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, bunu qurumun icraçı direktoru Əhməd İsmayılov İstanbulda keçirilən Strateji Kommunikasiya Sammitindəki çıxışı zamanı deyib.

Beynəlxalq əməkdaşlığa toxunan Əhməd İsmayılov qeyd edib ki, Medianın İnkişafı Agentliyi və bir sıra xarici ölkələrin aidiyyəti qurumları arasında əməkdaşlığa dair ikitərəfli sənədlər mövcuddur:

"Bu sənədlər çərçivəsində milli maraqların birgə təşviqi və qorunmasına yönəlmiş ikitərəfli əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, media sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi nəzərdə tutulur. Bu əməkdaşlıqlar çərçivəsində Azərbaycan–Türkiyə Birgə Media Platformasını xüsusi vurğulamaq istərdik. İki ölkənin mediasının əlaqəli şəkildə, səmərəli fəaliyyət göstərməsini nəzərdə tutan Platforma çərçivəsində müvafiq işlər görülmüş, bu prosesin qarşıdakı dövrdə daha geniş şəkildə inkişaf etdirilməsi planlaşdırılır".

Ə.İsmayılov hər il keçirilən Şuşa Qlobal Media Forumuna toxunaraq qeyd edib ki, bu forum Prezident İlham Əliyevin iştirakı ilə keçirilir və qlobal media trendlərinin təhlili, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, innovativ imkanların araşdırılması və qlobal təhlükəsizlik üçün xüsusi əhəmiyyət daşıyan bir çox məsələlər ətrafında müzakirələrin aparılması, konstruktiv dialoqların və təcrübə mübadiləsinin təşviqi məqsədilə dünyanın müxtəlif ölkələrindən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların medianın inkişafı üzrə təmsilçiləri, o cümlədən dünyaca məşhur media simaları üçün mühüm platforma rolunu oynayır:

"Onu da qeyd etmək istərdik ki, türk dünyasında çoxtərəfli əməkdaşlıq çərçivəsində prioritet istiqamətlərdən biri kimi informasiya təhlükəsizliyi məsələsi xüsusi əhəmiyyət kəsb edir, bu sahədə əlaqələndirilmiş fəaliyyətin gücləndirilməsi isə ümumi informasiya məkanının dayanıqlılığının və etibarlılığının təmin olunmasına mühüm töhfə verir".

Избранный
11
8
bakivaxti.az

10Источники