Zəngilan, 27 mart, AZƏRTAC
Şimali Makedoniyadanam. İlk dəfədir ki, Azərbaycana səfər edirəm. İşğaldan azad edilmiş ərazilərdə bir neçə il ərzində aparılmış sürətli bərpa və yenidənqurma işləri insanı heyran edir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Zəngilana səfər edən Şimali makedoniyalı səyyah Jovan Cvetanovskı bildirib: "Düşünürəm ki, ölkənin bu bölgəsində infrastruktura çoxlu sərmayə qoymusunuz, insanların gəlib burada yaşaması üçün onu yenidən qurmusunuz və bu, çox ilhamverici bir hekayədir. Düşünürəm ki, dünyanın diqqəti başqa yerlərə deyil, məhz belə bir gözəl ölkəyə yönəlməlidir”.
Qeyd edək ki, “NomadMania” klubunun təsisçisi və rəhbəri, yunanəsilli Böyük Britaniya vətəndaşı Harry Mitsidisin başçılığı ilə dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfərinin növbəti ünvanı Zəngilan olub. Zəngilan səfəri zamanı səyyahlar Horadiz-Ağbənd avtomobil yolu və dəmir yolunda gedən işlərlə tanış olublar.
Müxbir - Aydın Yavərzadə