RU

Kəlbəcər elinə ağır itki üz verib

ain.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

26 mart 2026-cı il tarixdə daha bir Kəlbəcərli ziyalımız-Bayramov Vaqif Rza oğlu Vətən həsrəti ilə dünyasını dəyişmişdir.

Vaqif Bayramov 18 avqust 1956-cı ildə Kəlbəcər rayonunun Sarıdaş kəndində anadan olmuşdur.Ali məktəbi bitirdikdən sonra rayonun işğalınadək Sarıdaş kənd tam orta məktəbində müəllim işləmişdir.Rayonun işğalından sonra Göygöl rayonunun Bənövşəli(keçmiş Mixaylovka) kəndində müvəqqəti məskunlaşmış, pedaqoji fəaliyyətini təqaüdə çıxanadək davam etdirmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ona “Azərbaycan Respublikasının ƏMƏKDAR MÜƏLLİMİ” fəxri adı verilmişdir. Mərhum 27 mart tarixdə müvəqqəti məskunlaşdığı Bənövşəli kəndində dəfn ediləcək, 3-7 mərasimi də 29 mart tarixdə həmin kənddə keçiriləcəkdir.

Allah rəhmət eləsin! Ruhu şad, məkanı cənnət olsun!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
6
1
icma.az

2Источники