RU

Təqaüd düzəltmək üçün 7500 manat verdi, pulu atdılar Məhkəmə

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Göygöl rayonunda 49 yaşlı kişi təqaüd düzəltdirmək adı ilə qadına və ərinə qarşı dələduzluq edib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, Kəlbəcər rayon sakini, 1977-ci il təvəllüdlü Qalib etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib. Bu niyyətlə Göygöl rayonu Hacıməlik qəsəbəsində yaşayan Zenfiranın dayandırılmış təqaüdünü bərpa etdirəcəyi barədə yalan vəd verib, 2021-ci ilin yay aylarında dəqiq günü istintaqa məlum olmayan tarixdə sonuncunun mərhum ərindən 7500 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib. Qalibin barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Qalib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yaşayır, evlidir, dörd övladı var:“Rəsmi olaraq heç bir yerdə işləmirəm. 2021-ci ilin yay aylarında Göygöl rayonu Hacıməlik qəsəbəsində yaşayan mərhum Vidadi mənə zəng edərək, arvadı Zenfiranın xəstəliklə bağlı aldığı təqaüdün dayandırıldığını bildirdi, onun təqaüdünün bərpa olunmasında köməklik göstərməyimi xahiş etdi. Həmin vaxt maddi vəziyyətim yaxşı olmadığı, pula ehtiyacım olduğu üçün Vidadi ilə razılaşdım və arvadının dayandırılmış təqaüdünü bərpa etdirəcəyimi dedim. Həmçinin təqaüdün bərpa olunması üçün ondan xatırlamadığım tarixdə Göygöl rayonu Hacıməlik qəsəbəsi ərazisində 7500 manat aldım. Lakin sonradan dayandırılmış təqaüdü bərpa etdirə bilməmişəm. Aldığım pulu şəxsi ehtiyaclarım üçün xərcləmişəm. Pulu geri qaytarmaq istəsəm də, maddi vəziyyətim yaxşı olmadığı üçün geri qaytara bilməmişəm”. Zərərçəkmiş Zenfiranın sözlərinə görə, Göygöl rayonu Hacıməlik qəsəbəsində yaşayır:“2020-ci ilin yay aylarında xəstəlik ilə əlaqədar aldığım təqaüd dayandırılıb. 2021-ci ilin may ayında mərhum ərim ilə birlikdə Daşkəsən rayonu Quşçu kəndində qohumlarımın yas mərasimində iştirak etdiyim zaman ərim Vidadi Hüseynov həmin yas mərasimində iştirak edən, Bakı şəhərində yaşayan qohumlarımız Əjdər adlı şəxslə təqaüdümün bərpa olunması barədə söhbət etdi. Bu zaman Əjdər Mingəçevir şəhərində yaşayan tanışı Qalibin təqaüdümün bərpa olunmasında köməklik edə biləcəyini bildirdi və bizi tanış edəcəyini dedi”. Zenfira qeyd edib ki, daha sonra Əjdər onların yanında tanışı Qalibə zəng edib, onun dayandırılmış təqaüdünün bərpa olunması üçün onunla danışıb:“Həmin zaman Qalib Göygöl rayonunun Hacıməlik qəsəbəsi yaxınlığında olmasını deyərək, təqaüdümü bərpa etdirəcəyini bildirdi. Bundan sonra mərhum ərim ilə birlikdə Hacıməlik qəsəbəsinin girişinə getdik. Orada Qalib ilə görüşdük. Həmin zaman Qalib mənə narahat olmamağımı bildirdi, təqaüdümü bərpa etdirəcəyini, bunun qarşılığında bizdən 7500 manat alacağını dedi. Bundan sonra mərhum ərim Qalibə vermək üçün xatırlamadığım bankdan 4000 manat kredit götürdü və qalan 3500 manatı bacımdan borc alaraq 7500 manatı düzəltdi. Təxminən iki gün keçdikdən sonra Qalib yaşadığımız kəndin yaxınlığına gəldi. Mərhum ərim 7500 manatı ona verdi. Qalibdə qısa müddət ərzində onun təqaüdünü bərpa etdirəcəyini bildirdi”.Zərərçəkmiş şəxsin sözlərinə görə, müəyyən qədər vaxt keçməsinə baxmayaraq Qalib ona qarşı dələduzluq edib, onun təqaüdünü bərpa etdirməyibvə ona verdikləri 7500 manatı geri qaytarmayıb. Göygöl Rayon Məhkəməsinin hökmü ilə “Konsitutsiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.6, 1.16 və 5.1 bəndləri tətbiq edilib. Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
27
demokrat.az

1Источники