RU

Baş Dövlət Yol Polisi İdarəsi şəraiti ilə bağlı sürücülərə müraciət edib

Baş

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağıntılı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.Bu barədə ulusum.az-a BDYPİ-dən məlumat verilib.Bildirilib ki, hazırda ölkə ərazisində müşahidə olunan yağışlı və çiskinli hava, eləcə də bəzi istiqamətlərdə yaranan dumanlı şərait yol hərəkəti üçün əlavə çətinliklər yaradır:"Görmə məsafəsinin məhdudlaşması və yol örtüyünün sürüşkən olması qəza riskini əhəmiyyətli dərəcədə artırır. Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını mövcud hava şəraitini nəzərə alaraq daha diqqətli və məsuliyyətli davranmağa çağırır. Sürücülərə tövsiyə olunur ki, nəqliyyat vasitələrini idarə edərkən sürət həddini yol və hava şəraitinə uyğun seçsinlər, ara məsafəsini artırmaqla qəfil vəziyyətlərə hazır olsunlar, manevr və ötmə zamanı xüsusi ehtiyatlı davransınlar. Eyni zamanda, texniki baxımdan şüşəsilənlərin, işıq cihazlarının və təkərlərin saz vəziyyətdə olması diqqətdə saxlanılmalıdır".Müraciətdə vurğulanıb ki, piyadalar isə yolu yalnız müəyyən olunmuş yerlərdən keçməli, hərəkətə başlamazdan əvvəl yolun təhlükəsiz olduğuna əmin olmalı, xüsusilə məhdud görünmə şəraitində özlərinin daha aydın görünməsinə diqqət yetirməlidirlər.

Diqqət Çəkənlər

Qadın rəssamların gizlədilən əsərləri üzə çıxır TARİX YENİDƏN YAZILIR

BƏƏ və Oman su altında QALDI

Rəşad Baxşəliyevin vəfatı ilə bağlı başsağlığı verildi

Избранный
20
32
ulusum.az

10Источники