Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üçün Cənubi Qafqaz mühüm əhəmiyyət daşıyır.
Bu fikirlər NATO-nun baş katibi Mark Rüttenin 2025-ci ilin yekunlarına dair hesabatında öz əksini tapıb.
Bildirilib ki, 2025-ci ildə NATO Azərbaycan və Ermənistan arasında sülh istiqamətində əldə olunan əhəmiyyətli irəliləyişi və Amerika Birləşmiş Ştatlarının sülh prosesinə davamlı töhfəsini alqışlayıb:
"Avqustda sülh sazişinin paraflanması normallaşma və regional təhlükəsizlik istiqamətində mühüm addım olub. NATO hər iki ölkə ilə dialoq və əməkdaşlığı dərinləşdirməyə hazırdır"./Trend.Az