RU

Alkoqolik olduqları üçün pul alacaqlar - RƏSMİ QƏRAR

Polşa alkoqoliklərə aylıq müavinət almaq hüququ verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkədə fəaliyyət göstərən Sosial Sığorta İnstitutunun (ZUS) nümayəndəsi bildirib.

"İndi alkoqolizmdən əziyyət çəkən və buna görə də işləyə bilməyən insanlar aylıq müavinət almaq hüququna malikdirlər", - deyə o bildirib.

Agentlik nümayəndəsinin sözlərinə görə, müavinətin məbləği alkoqolizmin yaratdığı əlillik dərəcəsindən asılıdır. ZUS nümayəndəsi qeyd edib ki, tam əlillik halında aylıq müavinət ümumilikdə 1971 zloti (530,8 dollar), qismən əlillik halında isə müavinət ümumilikdə 1478 zloti (398 dollar) təşkil edəcək.

O həmçinin qeyd edib ki, administrasiya "alkoqol müavinəti"nin ödənilməsi üçün hər il təxminən 50 milyon zloti (təxminən 13,5 milyon dollar) ayrılacağını gözləyir.

Aynur Babazadə

Избранный
17
2
bakivaxti.az

3Источники