ABŞ-İsrailin İranın İsfahan şəhərində yaşayış məntəqəsinə təşkil etdiyi hücumda 14-ü uşaq və qadın olmaqla, 26 nəfərin həyatını itirdiyi bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, "Fars" agentliyinin İsfahan Valiliyinə istinadən verdiyi məlumata görə, İsfahanın Heftun məhəlləsindəki yaşayış yerinə edilən hücumda 26 nəfər dünyasını dəyişib.
Valilik hücumun dünən baş verdiyi və həyatını itirənlərdən 7-nin qadın, 7-nin isə uşaq olduğu bilgisini paylaşıb.