RU

Kəlbəcər elinə ağır itki üz verib

26 mart 2026-cı il tarixdə daha bir Kəlbəcərli ziyalımız-Bayramov Vaqif Rza oğlu Vətən həsrəti ilə dünyasını dəyişmişdir.

Vaqif Bayramov18 avqust 1956-cı ildəKəlbəcər rayonunun Sarıdaş kəndində anadan olmuşdur.Ali məktəbi bitirdikdən sonra rayonun işğalınadək Sarıdaş kənd tam orta məktəbindəmüəllim işləmişdir.Rayonun işğalından sonra Göygöl rayonunun Bənövşəli(keçmiş Mixaylovka) kəndində müvəqqəti məskunlaşmış, pedaqoji fəaliyyətini təqaüdə çıxanadək davam etdirmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasənona “Azərbaycan Respublikasının ƏMƏKDAR MÜƏLLİMİ” fəxri adı verilmişdir. Mərhum 27 mart tarixdəmüvəqqəti məskunlaşdığı Bənövşəli kəndində dəfn ediləcək, 3-7 mərasimi də 29 mart tarixdəhəmin kənddə keçiriləcəkdir.

Allah rəhmət eləsin! Ruhu şad, məkanı cənnət olsun!

Избранный
37
1
turkustan.az

2Источники