RU

Əfsanənin dirçəlişi: Rusiyada elə yataqlar tapıldı ki...

Rusiya 2026-cı ildə Yakutiya ərazisində kəşf edilən altı yeni və yüksək potensiallı neft-qaz sahəsini hərraca çıxarmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə "Rosnedra"nın rəhbəri Oleq Kazanov TASS agentliyinə müsahibəsində bildirib.

Kazanovun sözlərinə görə, "Geologiya: Əfsanənin dirçəlişi" adlı federal layihənin birinci mərhələsi uğurla başa çatıb. Bu mərhələdə federal büdcə hesabına Yakutiyada 5 milyard tondan çox şərti yanacaq ehtiyatı aşkar edilib. Layihənin ikinci mərhələsində isə bu rəqəmin daha 9 milyard ton artacağı gözlənilir.

Bundan əlavə, "Rosgeologiya" Zabaykaliyada Rusiya üçün strateji əhəmiyyət kəsb edən və kəskin qıtlığı hiss olunan iri flüorit (əridici şpat) yatağı kəşf edib. Bu kəşf sayəsində ölkədə flüorit ehtiyatları 17,5% artıb.

Qeyd edək ki, indiyədək bu mineral 100% xaricdən idxal edilirdi və Rusiyanın ondan tam asılılığı var idi.

Избранный
26
50
publika.az

10Источники