RU

Səyyahlar Horadiz–Ağbənd avtomobil və dəmir yolu üzrə görülən işlərlə tanış olublar - FOTO

“NomadMania” klubunun təsisçisi və rəhbəri Harry Mitsidisin başçılığı ilə beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri zamanı qonaqlar Horadiz–Ağbənd avtomobil və dəmir yolu layihələri üzrə görülən işlərlə tanış olublar.

APA-nın yerli bürosu xəbər verir ki, 126,3 km uzunluğunda avtomobil yolu birinci texniki dərəcəyə uyğun inşa edilir, layihə çərçivəsində körpü, tunel və digər mühəndis qurğularının böyük hissəsi artıq tamamlanıb.

Qonaqlara həmçinin Horadiz–Ağbənd dəmir yolu xətti üzrə işlərin gedişi barədə məlumat verilib. Qeyd olunub ki, xətt üzrə tikinti mərhələli şəkildə davam edir, birinci mərhələdə işlərin böyük hissəsi yekunlaşıb və artıq yükdaşımalar həyata keçirilir.

Qeyd edək ki, səfərdə 37 ölkədən 79 nəfər iştirak edir. Bu, Qarabağ və Şərqi Zəngəzura təşkil olunan səfərlər arasında ən böyük qrupdur.

Səyyahlar Səyyahlar Səyyahlar Səyyahlar Səyyahlar Səyyahlar Səyyahlar Səyyahlar Səyyahlar Səyyahlar Səyyahlar
Избранный
18
3
apa.az

4Источники