RU

Qriqoryan: İrəvan Azərbaycan ərazisindən tranziti ticarətin artımının açarı hesab edir

Azərbaycan ərazisindən Ermənistana tranzit maneələrinin aradan qaldırılması İrəvan üçün mühüm hadisədir.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini Mqer Qriqoryan Şımkentdə (Qazaxıstan) Avrasiya Hökumətlərarası Şurasının geniş formatda keçirilən iclasında bildirib.

Qriqoryan Cənubi Qafqazda nəqliyyat-logistika infrastrukturunun şaxələndirilməsinin xarici ticarəti əhəmiyyətli dərəcədə stimullaşdırdığını vurğulayıb.

"Bu kontekstdə son vaxtlar Azərbaycan ərazisindən Ermənistana tranzit maneələrinin aradan qaldırılması bizim üçün xüsusilə mühüm hadisədir. Bu, regionun bütün potensialının üzə çıxarılması üçün perspektivlər açır və qarşılıqlı ticarətin artmasına kömək edir", - baş nazirin müavini qeyd edib.

 

Избранный
2
4
musavat.com

5Источники