RU

Xəstə qardaşını təpiklədi deyə məhkəməlik oldu

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Göygöl rayonunda 1981-ci il təvəllüdlü Yaqub ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı qardaşı Yusifə (adlar şərtidir – red.) xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Göygöl rayonunun kəndlərindən birində baş verib. Yaqub yaşadıqları evin həyətində qardaşı Yusiflə mübahisə edib. Bu zəminində yaranan mübahisə zamanı təpik zərbəsi ilə onu vuraraq, müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Yaqubun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Yaqub ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Göygöl rayonunun kəndində ailəsi ilə birlikdə yaşayır, evlidir, iki övladı var:“Rəsmi olaraq heç bir yerdə işləmirəm, fərdi əməklə məşğul oluram. Zərərçəkmiş Yusif mənim qardaşımdır, o, qan xəstəsidir. Məlum hadisə günü, saat 23 radələrində yaşadığım evdə olan zaman Yusif digər qardaşım Vüqarın ünvanına nalayiq ifadələr işlətdi. Yusifin qardaşım Vüqarın ünvanına nalayiq ifadələr işlətməsinin səbəbi onun özünə məxsus iribuynuzlu heyvanı Yusifə satmaması olub. Mən Yusifə öz iradımı bildirərək söyüş söyməməsini dedim. O, mənim də ünvanına nalayiq ifadələr işlətdi”. Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra əsəbləşərək Yusifin sinəsindən itələyərək söyüş söyməməsini bildirib: “Bu zaman Yusif yerə yıxıldı. Mən isə əsəbi olduğum üçün bir dəfə təpik zərbəsi ilə onun sağ böyründən vurdum. Bundan sonra dava-dalaş sakitləşdi. Mən də küçəyə çıxmışam. Hazırda qardaşım ilə barışmışam”.Göygöl Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində “Konsitutsiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1 bəndi tətbiq edilib. Onun barəsində olan cinayət təqibinə Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
16
demokrat.az

1Источники