RU

Evdən 6 min dollardan çox pul oğurlayan şəxs saxlanıldı 

Sabunçu rayonunda evdən 6300 dollar oğurlayan şəxs saxlanılıb...

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonu Maştağa qəsəbəsində bir nəfər yaşadığı evdən 6300 dollar pul vəsaitinin naməlum şəraitdə oğurlandığını deyib.

Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 28 yaşlı R.Əlizadə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Poliqon.info

Избранный
18
22
poliqon.info

10Источники