Samux rayonu ərazisində Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində köməksiz vəziyyətdə qalan 4 nəfərin xilas edilməsi məqsədilə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Samux Rayon Yanğından Mühafizə Hissəsi və Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən birgə xilasetmə tədbirləri həyata keçirilir...
Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
***
Samuxda Kürdə köməksiz vəziyyətdə qalan şəxslərin suda qalmasının təfərrüatları məlum olub.
APA-nın məlumatına görə, Samux rayon sakinləri olan bir ailənin 4 üzvü Kürün ortasında odun yığmaq istəyən zaman suyun səviyyəsi qəfil qalxıb.
Hazırda onların xilas edilməsi istiqamətində təxirəsalınmaz işlər aparılır.
***
Samuxda balıqçılar köməksiz vəziyyətdə qalıblar.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Kür çayının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Rayon sakinləri olan 4 şəxs Kürdə balıq tutmaq istəyən zaman suyun səviyyəsi qəfil qalxıb. Onlar Kürün ortasında, adada qalıblar. Dərhal əraziyə FHN-in və aidiyyatı qurumların əməkdaşları cəlb ediliblər.
Hazırda köməksiz vəziyyətdə qalan şəxslərin xilas edilməsi istiqamətində təxirəsalınmaz işlər aparılır.
Poliqon.info