RU

Necə edək ki, maaş bir günə qurtarmasın? AÇIQLAMA

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

İqtisadçı maaşı bir günə xərcləməməyin yolunu açıqlayıb. Rusiyalı iqtisad elmləri doktoru, professor Nikolay Berzon vətəndaşlara büdcəni qorumağın effektiv yollarını göstərib. Demokrat.az xəbər verir ki, onun fikrincə maaşın ilk gündən tükənməməsi üçün yeganə çıxış yolu ciddi özünüintizam və büdcə planlamasıdır.İqtisadçı bildirir ki, hər bir şəxs və ya ailə mütləq şəkildə gəlir və xərclərin uçotunu aparmalıdır. İlk növbədə imtina edilməsi mümkün olmayan icbari ödənişlər, məsələn, kommunal xidmətlər üçün vəsait ayrılmalıdır. Bununla yanaşı, ailənin normal qidalanması üçün zəruri olan ərzaq məhsulları əvvəlcədən büdcədə nəzərdə tutulmalıdır.

Professor emosional alış-verişdən qaçmağı xüsusilə vurğulayıb. Mağazaya getməzdən əvvəl siyahı tərtib etmək və ona ciddi əməl etmək lazımdır. Çox vaxt insanlar bir məhsul üçün mağazaya daxil olub, tamamilə planlaşdırılmamış və ehtiyac olmayan əşyalar alırlar. Siyahı ilə hərəkət etmək insanın mağazaya nə üçün gəldiyini aydın dərk etməsinə kömək edir.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
27
demokrat.az

1Источники