RU

Azərbaycanın tanınmış jurnalisti vəfat etdi…



"Azərbaycan" qəzetinin şöbə müdiri, Vətən müharibəsi iştirakçısı, tanınmış jurnalist Rəşad Baxşəliyev 48 yaşında vəfat edib.
Ötən il ağır ürək əməliyyatı keçirən R. Baxşəliyevin ölümünə ürək tutmasının səbəb olduğu bildirilir.
Rəşad Baxşəliyev 1978-ci ildə Mingəçevir şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Uzun illər "Şərq" qəzetində çalışıb. Sonra fəaliyyətini rəsmi dövlət mətbuat orqanı olan "Azərbaycan" qəzetində davam etdirib. O, Parlament Jurnalistləri Birliyinin üzvü idi.

R.Baxşəliyev 2020-ci ildə Vətən müharibəsi başlayan kimi ordu sıralarına qoşulub. Müharibədə zabit kimi döyüşüb, Dövlət tərəfindən medallarla təltif olunub.

Allah rəhmət eləsin!..

Избранный
25
15
baki-xeber.com

10Источники