RU

Popesku: Türklər cüzi boşluq yaxalayan kimi bizi cəzalandırdılar

Footbal-plus saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyəyə qarşı pley-off matçını tribunadan izləyənlər arasında Rumıniya futbolunun əfsanələri - George Haci ilə George Popesku da var idi. "Football-plus.az" xəbər verir ki, onların hər ikisi vaxtilə Türkiyədə oynayıb. Rumıniyanın minimal hesabla məğlub olaraq dünya çempionatına qatılmaq şansını itirdiyi matçın ardında Popesku diqqətçəkən fikirlər səsləndirib:

''Açığı, heyətində ''Real'', ''Yuventus'' və ''İnter''dən futbolçular olan Türkiyə yığmasından daha fərqli oyun gözləyirdim. Sanki çəkinərək oynadılar. Riskə getmədilər. Bizim cərimə meydançamızın həndəvərinə qədər gəlsələr də, qərarlı deyildilər. Belə oyunların atmosferini gözəl bilən futbolçulara sahib olsalar da, ya bizdən çəkindilər, ya da matçın önəmindən. DÇ-yə qatılmaq iddiamızın həyata keçməsi üçün çox az iş gördük. Final mərhələsinə qatılmaq üçün yalnız Kosovo, Kipr və ya başqa üçüncü dərəcəli komandaları yenmək kifayət deyil. Yaxşı komandaları da məğlub etmək lazımdı. Qol buraxdığımız epizodu bir də izləməliyəm, amma məncə, Ratsiu öz oyunçusunu boş buraxdı. O da, Man da həmin epizodda daha sərt oynamalı idilər. Ancaq Man oyunboyu müdafiəyə çox yardım etdi. Vinger yox, sanki müdafiəçi kimi oynadı. Əslində müdafiədə çox az səhvə yol verdik. Düzgün oynadıq. Ancaq türkiyəli oyunçulara hətta cüzi boşluq verən kimi bizi cəzalandırdılar. Arda Gülər səviyyəsini göstərdi. Yanlış müdafiə olunduq və bu matçın tarixi məhz bu cür yazıldı. Nəticəni qəbul etməliyik. Türkiyənin istedadlı oyunçuları daha çoxdu. Bizim də keçmişdə çox dəyərli, Avropanın önəmli klublarında oynayan futbolçularımız var idi. Eynilə indi Türkiyənin heyəti necə ulduzlarla doludusa, vaxtilə bizdə də elə idi. Ancaq bu gün üçün performans baxımından bu iki komanda arasında fərq var. Mirça Luçesku bu komandanın başında olduğu müddətdə başqa məşqçidən söhbət belə gedə bilməz. Məni üzən yeganə şey odu ki, Luçesku kimi məşqçi dünya çempionatında iştirak etmədən futbolla vidalaşmalı olacaq. Ən azı karyerası ilə buna layiq idi. Bəlkə də müqaviləsini yeniləyəcək. Amma o, bu vəzifəni icra etdiyi müddətdə onun əvəzinə başqasının gəlməsi haqda danışmağa cürət edə bilmərəm''.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
21
1
icma.az

2Источники