ain.az, Bakupost portalına istinadən məlumat yayır.
Gəncə şəhəri, Atatürk prospektində ikimərtəbəli bina sökülür.
Bakupost.az xəbər verir ki, bu barədə Oxu.Az-a məlumat daxil olub.
Məlumatda qeyd olunub ki, sözügedən ərazidə ağır texnika vasitəsilə söküntü işləri aparılır.
İlkin məlumata əsasən, sökülən tikilinin yerində universitet binası inşa olunacaq.
Gəncə Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, qeyri-iş günü olduğu üçün sorğuya cavab verə bilməyəcəklər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.