RU

SEPAH Kəşfiyyat Təşkilatı: 103 nəfər "düşmən muzdlusu" həbs olunub

Müharibə başlayandan bəri İranda 103 nəfər ABŞ və İsrail üçün casusluq ittihamı ilə həbs olunub.

“Daneşcu”nun xəbərinə görə, bu barədə SEPAH-ın Kəşfiyyat Təşkilatı məlumat yayıb.

Bildirilib ki, həbs olunanlar arasında dörd nəfərlik qrupun üzvləri də var və bu şəxslər Tehranın elektrik şəbəkəsi infrastrukturunda təxribat törətmək niyyətində olublar.

Həmçinin, küçələrdə sabitliyi pozmağa çalışan monarxiya dəstəkçisi 4 nəfərlik digər bir qrup üzvləri də saxlanılıb.

Həbs edilənlərin arasında yoxlama-buraxılış məntəqələrinə hücum etməyi planlaşdıran 5 nəfər silahlı şəxs də var.

Qalan 90 nəfər isə həssas bölgələrin koordinatlarını və zərbə nöqtələrinin görüntülərini müxalif mediaya ötürməkdə günahlandırılırlar.

“16 ədəd Starlink cihazı sahibi və 400 nəfər kiber məhdudiyyətləri aşmaq üçün vasitələr satan şəxslərlə bağlı da müvafiq tədbirlər görülüb”, - məlumatda qeyd olunub.

Избранный
27
6
apa.az

7Источники