RU

Elnarə Abdullayeva həmkarlarını ifşa etdi: “Həyatını sənətə qurban verənlər YALAN danışır!”

Əməkdar artist, xanəndə Elnarə Abdullayeva açıqlaması ilə yenidən gündəmə gəlib.

Vətəninfo.az  bildirir ki, sənətçi “həyatımı sənətimə qurban vermişəm” deyən həmkarlarını sərt tənqid edib. O, “Öz aramızda” verilişində bu barədə fikirlərini açıq şəkildə ifadə edib:

“Bəziləri deyir ki, həyatımı sənətimə qurban vermişəm. Bunu deyənlər tamamilə yalan danışır. Boş-boş danışırlar. Nəyə görə insan həyatını, mənəviyyatını, şəxsiyyətini qurban versin? Əgər belə bir qurban varsa, bu, sənin öz daxili aləmindən gələn bir seçimdir. Sənəti bəhanə etmə. Mən bu sənətə gəlmişəm və heç nəyimi qurban verməmişəm. Həyat və sənət paralel gedir. Ona görə də yalan danışmasınlar”.Musavat.com

Избранный
25
4
veteninfo.az

5Источники