RU

Şimali Makedoniyadan olan səyyah: Qarabağdakı yenidənqurma işləri ilhamvericidir

Qarabağdakı yenidənqurma işləri dünyadakı hər kəs üçün çox ilhamvericidir.

APA xəbər verir ki, bunu Şimali Makedoniyadan olan səyyah Yovan Cvetanovski Qarabağ və Şərqi Zəngəzura səfəri zamanı dilə gətirib.

“Mən Avropada yerləşən çox kiçik bir ölkə olan Şimali Makedoniyadan gəlmişəm. Azərbaycana ilk dəfədir gəlirəm. Son illərdə xəbərlərdə gördüklərim məni çox təsirləndirmişdi. Buraya gəlib baş verənlərdən sonrakı vəziyyəti görmək çox gözəldir. Düşünürəm ki, siz ölkənin bu hissəsində infrastrukturun inkişafına çox böyük sərmayə qoymusunuz. Onu yenidən quraraq insanların gəlib yenidən yaşaya biləcəyi bir məkana çevirmisiniz. Bu, dünyadakı hər kəs üçün çox ilhamverici bir hekayədir”,- səyyah qeyd edib.

Избранный
9
1
apa.az

2Источники