İranın Qum şəhərində yaşayış məntəqəsinə edilən hava hücumu zamanı ən azı 6 dinc sakin həlak olub.
Ajans.az “Fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə Qum əyaləti rəhbərinin nümayəndəsi məlumat yayıb.
O əlavə edib ki, bombardmana məruz qalan Pardisan rayonunda 3 yaşayış binasına ciddi ziyan dəyib.
Həmçinin Urmiya şəhəri də ötən gecə bombardman edilib, nəticədə bir neçə nəfər həlak olub və yaralanıb.
DOĞRU.AZ