RU

Tərtər DOST filialında artıq 2 mindən çox vətəndaşa xidmət göstərilib

BAKI,TurkicWorld

Qarabağ Regional DOST Mərkəzinin Tərtər filialında artıq 2253 vətəndaşa xidmətlər göstərilib.

TurkicWorld xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bu il yanvarın 22-də açılışı olan filiala edilən müraciətlər pensiya və müavinət, sosial xidmət, məşğulluq, əlillik və s. məsələləri əhatə edib.

Xidmət üçün müraciət edən vətəndaşların orta gözləmə müddəti 49 saniyə, orta xidmət müddəti isə 7 dəqiqə 9 saniyə təşkil edib.

Tərtər filialında göstərilən xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 99,6 faiz təşkil edib.

Избранный
2
2
turkic.world

3Источники