RU

Azərbaycanlı tələbə ilkə imza ATDI

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 1-ci kurs tələbəsi, Zəkalar liseyinin məzunu Elcan Əsədli dünyanın aparıcı ali təhsil müəssisələrindən biri olan "University of California, Berkeley"-dən "Siyasi Elmlər" bakalavr ixtisası üzrə qəbul alan ilk Azərbaycanlı şagird oldu.

AzEdu.az xəbər verir ki, sözügedən universitet hazırda dünyanın ən nüfuzlu ali məktəblərindən biri olmaqla yanaşı, “Public University” kateqoriyasında 1-ci yerdə qərarlaşır və qlobal reytinqlərdə TOP 10-luqda yer alır. Eyni zamanda, o, dövlət məktəbi məzunu olaraq bu nəticəni əldə edən cəmi 2 nəfərdən biri olub. 

Qeyd edək ki, Elcan Əsədli bundan əvvəl təkcə bu il Harvard Universitetinin yay məktəbinə qəbul alan Azərbaycanlı olub. Bundan əlavə, o, dünyanın digər nüfuzlu universitetlərindən də qəbul alıb və bəzi müraciətlərin nəticələri hələ gözlənilir

Избранный
41
4
azedu.az

5Источники