İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin mərkəzində yerləşən Modiin şəhəri ətrafındakı hərbi hədəflərə pilotsuz uçuş aparatları (PUA) və raketlərlə zərbələr endirib.
Redaktor.az TASS-a istinadən məlumat verir ki, bununla bağlı qurumun rəsmi bəyanat verib.
Məlumatda vurğulanır ki, İran silahlı qüvvələri İsrailə qarşı sayca 83-cü hücum dalğasına start verib.
İsrail hərbi mövqelərinə dəyən zərərin nəticələri və əməliyyatın effektivliyi haqqında hələlik dəqiq məlumat açıqlanmayıb.