Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-ın İranla potensial müharibə ilə bağlı mövqeyini tənqid edərək bildirib: “Bu müharibədə məni ən çox narahat edən məsləhətləşmələrin və aydın məqsədin olmaması, ən pisi isə çıxış strategiyasının mövcud olmamasıdır”.
Turkustan.az xəbər verir ki, rəsmi səfər çərçivəsində Pistorius avstraliyalı həmkarı Richard Marles ilə görüşüb. Görüşdən sonra tərəflər birgə mətbuat konfransı keçiriblər və Pistorius burada İranla bağlı mümkün hərbi ssenarilərə münasibət bildirib.
Nazir qeyd edib ki, İsrail və ABŞ tərəfindən İrana qarşı mümkün hücumlar öncəsi Almaniya ilə məsləhətləşmələr aparılmayıb. O vurğulayıb: “Bu, bizim müharibəmiz deyil və buna görə də müdaxilə etmək istəmirik.”
Aytən Yaşar/ Turkustan.az