RU

Azərbaycanla görüşdə ilk dəqiqədən qol vurmağa çalışacağıq Portuqaliya yığmasının baş məşqçisi

ain.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

Portuqaliyanın U-21 yığmasının baş məşqçisi Luis Freyre bu gün Bakıda AVRO-2027-nin 21 yaşadək futbolçulardan ibarət seçmə mərhələsində Azərbaycanla keçiriləcək B qrupunun oyunu ilə bağlı fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, o, yığmamızla görüşdə qələbə qazanmaq istədiklərini bildirib: 

"İkinci dövrə başlayır. İlk dövrədə 13 xal qazandıq və liderik. Məqsəd həmin nəticəyə çatmaq, hətta daha yaxşı nəticə əldə etməkdir. Yaxşı oynamaq və qələbəyə layiq olmaq istəyirik. Qələbə yoluna qayıtmaq niyyətindəyik. Ən əsası oyunçuların əllərindən gələni etmələridir, çünki o zaman qələbəyə daha yaxın olacağıq və üzərində çalışdığımızı əldə edəcəyik. İlk dəqiqədən qol vurmağa çalışacağıq".

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
4
3
sportal.az

4Источники