Futbol üzrə dünya çempionatına vəsiqə uğrunda Avropa zonasında pley-offun növbəti yarımfinal oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə millisinin finaldakı rəqibi bəlli olub. Səfərdə Slovakiyaya 4:3 hesabı ilə qalib gələn Kosovo finala vəsiqə qazanıb.
Bundan başqa, İtaliya, İsveç, Polşa və Danimarka yığmaları finala yüksəlib. Uels - Bosniya və Herseqovina və Çexiya - İrlandiya matçlarında isə hesab bərabər olduğundan əlavə vaxt oynanılır.
DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları
Yarımfinal
A yolu
23:45. İtaliya - Şimali İrlandiya - 2:0
23.45. Uels - Bosniya və Herseqovina - 1:1 (Əlavə vaxt)
B yolu
23:45. Ukrayna - İsveç - 1:3
24:45. Polşa - Albaniya - 2:1
C yolu
21:00. Türkiyə - Rumıniya - 1:0
23:45. Slovakiya - Kosovo - 3:4
D yolu
23:45. Danimarka - Şimali Makedoniya - 4:0
23:45. Çexiya - İrlandiya - 2:2 (Əlavə vaxt)
Final
Kosovo - Türkiyə
İsveç - Polşa
Avropa zonası üzrə pley-off finalları martın 31-də təşkil olunacaq.
Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək 3 ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək. Mundialda ilk dəfə 48 komanda mübarizə aparacaq.