RU

Bu 6 amil qaraciyəriniz üçün təhlükə yaradır – Həkimdən XƏBƏRDARLIQ

Qaraciyər xəstəlikləri dünya üzrə ən çox rast gəlinən sağlamlıq problemləri arasında qalmağa davam edir.

Bizim.Media "Medimagazin"ə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, xüsusilə sirroz və xroniki qaraciyər xəstəlikləri hər il təxminən 2 milyon insanın ölümünə səbəb olur və qlobal ölüm səbəbləri arasında ilk 10-luqda yer alır.

Türkiyəli qastroenteroloq, mütəxəssis Prof. Dr. Hakan Yıldız qaraciyərdə hüceyrə ölümünə səbəb ola biləcək 6 amili açıqlayıb və bu barədə xəbərdarlıqlar edib:

Hepatit B - Hepatit B dünyada ən geniş yayılmış virus hepatiti hesab olunur. Əksər hallarda anadan körpəyə keçərək qaraciyərdə xroniki iltihab, yəni xroniki qaraciyər xəstəliyinə, sirroza, qaraciyər xərçənginə gətirib çıxara bilər.

Hepatit B peyvəndi əksər hallarda insanı ömür boyu bu infeksiyadan qoruyur.

Piylənmə (Obezite) - Uzun müddətdə qaraciyərdə yağlanma ciddi zədələnmələr yarada və qaraciyər transplantasiyasına səbəb ola bilər. Sağlam qidalanmaq, gündə 30 dəqiqə yüngül tempdə yerimək, ideal çəkiyə çatmaq və ya mövcud çəkidən 8-10% azaltmaq, gündə 2-3 fincan filtr qəhvə içmək qaraciyər yağlanmasını azaldır.
 

Dərmanlar və bitki mənşəli məhsullar - Zərərsiz kimi görünən bəzi ağrıkəsicilər və bitki tərkibli məhsullar düzgün istifadə edilmədikdə qaraciyərdə kəskin iltihaba və toksik hepatitə səbəb ola bilər. Buna görə də dərman və bitki məhsulları həkim məsləhəti olmadan istifadə edilməməlidir.


Həddindən artıq alkoqol qəbulu - Alkoqol qaraciyərdə parçalanarkən yaranan zəhərli ara maddələr hüceyrələrə zərər verir. Bu proses zamanla yağlanma, iltihab və sonda sirroza qədər gedib çıxan gizli zədələnmə yaradır.

Genetik xəstəliklər - Bəzi qaraciyər xəstəlikləri genetik səbəblərlə yaranır. Genlər normalda qaraciyər hüceyrələrində fəaliyyət göstərən fermentlərin, reseptorların və daşıyıcı zülalların istehsalını təmin edir. Bu genlərdə pozuntu olduqda qaraciyər bəzi funksiyalarını tam yerinə yetirə bilmir. Bu cür xəstəliklər erkən aşkar edildikdə əksər hallarda dərmanla nəzarət altına alına bilər.

Otoimmün xəstəliklər - Qaraciyərin otoimmün xəstəlikləri adətən genetik meyilli insanlarda infeksiyalar, dərmanlar və qaraciyərdə iltihab nəticəsində yaranır.

Ancaq erkən diaqnoz qoyulduqda bu xəstəliklər müalicə oluna bilir. Ailəsində belə xəstəlik olan şəxslər mütəmadi olaraq həkim nəzarətində olmalıdır.

Bizim.Media

Избранный
25
1
bizim.media

2Источники