RU

İstanbulda Novruz tədbirlərində 26 nəfər saxlanılıb

Bakı. Trend:

İstanbulda keçirilən Novruz tədbirlərində PKK/KCK terrortəşkilatının təbliğatını aparan 26 nəfər saxlanılıb.

Trend bu barədəTürkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, İstanbul Polis İdarəsinin kəşfiyyat və terrorlamübarizə bölmələri Milli Kəşfiyyat Təşkilatı ilə koordinasiyalışəkildə apardıqları əməliyyat çərçivəsində tədbirlərdə iştirak edənbəzi şəxslərin təşkilatın təbliğatını apardıqlarını müəyyənediblər.

Keçirilən əməliyyat zamanı müxtəlif ünvanlarda 26 şübhəlitutulub.

Axtarışlar zamanı siqnal tapança, təşkilati simvollar vəmüxtəlif rəqəmsal materiallar aşkarlanıb.

Saxlanılan şəxslər istintaq tədbirləri üçün polisə təhvilverilib.

Избранный
17
1
az.trend.az

2Источники