RU

U-18 voleybol millimiz Avropa çempionatında ilk oyununa çıxır

Bu gün, 27 mart, Azərbaycanın U-18 voleybol üzrə milli komandası İspaniyada keçirilən Avropa çempionatı-2026-nın ikinci seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, C qrupunda yer alan voleybolçularımız İspaniya yığması ilə üz-üzə gələcəklər.

Görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisinin C qrupunda digər rəqibləri Niderland və Estoniya komandalarıdır.

İdman.Biz
Избранный
24
1
idman.biz

2Источники