RU

Jurnalist Rəşad Baxşəliyev vəfat edib



"Azərbaycan" qəzetinin şöbə müdiri, Vətən müharibəsinin iştirakçısı, jurnalist Rəşad Baxşəliyev vəfat edib.

Newscenter.az xəbər verir ki, 48 yaşında həyatını itirən mərhum jurnalist bu gün dəfn olunacaq.

Qeyd edək ki, Rəşad Baxşəliyev 1978-ci ildə Mingəçevir şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Uzun illər "Şərq" qəzetində çalışıb. Sonra fəaliyyətini rəsmi dövlət mətbuat orqanı olan "Azərbaycan" qəzetində davam etdirib. R.Baxşəliyev 2020-ci ildə Vətən müharibəsi başlayan kimi ordu sıralarına qoşulub. Müharibədə zabit kimi döyüşüb, bir neçə medalla təltif olunub.

Anar
Избранный
25
22
newscenter.az

10Источники