RU

Putin böyük biznesə müharibəni maliyyələşdirməyi təklif edib

Oxumeni.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Putin böyük biznesə müharibəni maliyyələşdirməyi təklif edib

Rusiya prezidenti Vladimir Putin böyük iş adamları ilə qapalı görüşdə onlara Ukrayna ilə müharibəni maliyyələşdirmək üçün büdcəyə könüllü ianələr etməyi təklif edib. Oxuməni.az xəbər verir ki, bu barədə cümə axşamı “The Bell” nəşri mənbələrə istinadən məlumat verib.

Onların sözlərinə görə, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSSİ) qurultayının kulisində keçirilən görüş zamanı Putin müharibəni davam etdirmək və Rusiya ordusunu Donetsk vilayətinin inzibati sərhədinə qədər irəlilətmək niyyətində olduğunu bildirib. Bundan sonra o, iş adamlarına büdcəyə könüllü ianələr etməyi təklif edib. “The Bell”-in həmsöhbətləri Putinin çıxışının mahiyyətini "dedilər, döyüşəcəyik" və "Donbasın sərhədlərinə qədər gedəcəyik" sözləri ilə təsvir ediblər.

Nəşrin mənbələri iddia edir ki, təşəbbüs görüş ərəfəsində Putinə "ölkə üçün çətin vaxtda biznesi silkələmək" ideyası ilə məktub göndərən "Rosneft"in rəhbəri İqor Seçinə məxsusdur. Vəsait cəlb etmək mexanizmi kimi federal borc hərbi istiqrazlarının yerləşdirilməsi təklif edilib.

İki həmsöhbət “The Bell”-ə təsdiqləyib ki, iş adamı Süleyman Kərimov dərhal xahişlə razılaşıb və büdcəyə 100 milyard rubl ödəməyə söz verib. Nəşr yazır ki, daha bir adı açıqlanmayan böyük sahibkar da Putinin təklifini dəstəkləyib.

Almaz Həsənli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
15
1
oxumeni.az

2Источники