RU

“Qarabağ”ın qapıçısı: “Napoli” məni izləyəcək”

sport24.az saytına istinadən ain.az xəbər verir.

"Qarabağ" klubunun polşalı qapıçısı Mateuş Koxalski ölkəsinin "Sport.pl" nəşrinə müsahibə verib. Sport24.az xəbər verir ki, o, gələcək karyerası və cari mövsüm UEFA Çempionlar Liqasındakı çıxışı ilə bağlı fikirlərini bölüşüb. Qolkiper İtaliyada "Napoli" ilə oyun barədə bunları söyləyib: "Məğlubiyyətə baxmayaraq bu qarşılaşmanı yaxşı xatırlayacağam. Uduzduğumuz oyundan sonra heç vaxt razı qalmıram. Amma həmin vaxt çox müsbət şeylər baş verdi. Bir neçə yaxşı qurtarışım oldu. Təkcə yaxınlarım yox, başqaları da məni təbrik etdilər. Matçdan sonra "Napoli"nin məşqçilər korpusundan bir nəfərlə danışdım. Məni təriflədi, Dedi ki, belə davam edim və inkişafdan qalmayım, çünki məni izləyəcəklər. Bu çox böyük motivasiya oldu".Polşalı oyunçu MLS-dən təklif aldığını da gizlətməyib: "Mənim istəyim avrokuboklarda oynamaqdır. Məni burada çıxış edən klublar maraqlandıracaq. Bu səbəbdən MLS-ə transfer imkanını rədd etdim. Oradan sorğular var idi. Harada oynayacağımı bilmirəm, çünki buna bir neçə məsələ təsir edəcək. İngiltərə Premyer Liqası mənim arzumdur. Lakin ehtiyat qapıçı olacağım komandaya getməyəcəyəm. Oynamaq və bir nömrə olmaq istəyirəm. Məni yalnız bu maraqlandırır".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
12
sport24.az

10Источники