RU

Ayxan Abbasov adını yığmanın tarixinə yazdıra biləcəkmi? – ona 5 top fərqiylə qələbə lazımdı

Bilindiyi kimi, millimiz “FİFA Series – 2026” beynəlxalq turniri çərçivəsində sabah Sent Lüsiya, martın 30-da isə Syerra Leone yığmasını qəbul edəcək.

Hazırda futbol ictimaiyyətinin əksər nümayəndələri yığmamızın bu qarşılaşmalarda böyükhesablı qələbələr qazanacağını düşünür. Təbii ki, bizim də arzumuz bu yöndədi. Hər halda, uzun müddətdi qələbə üzü görmürük. Yığma bizi sonuncu dəfə 2024-cü ilin iyununda Bakıda yoldaşlıq oyununda Monqolustanı məğlub edərək sevindirib.

Öz aramızdı, rəqiblərin səviyyəsini nəzərə alsaq, tariximizin ən böyükhesablı qələbəsini də qazana bilərik. İş ondadı ki, bunun üçün 5 top fərqiylə qalib gəlmək lazımdı. Çünki millinin indiyə qədər qazandığı ən böyükhesablı qələbələrdə 5:1 və 4:0 hesabları qeydə alınıb.

Dəqiqlik naminə yığmamızın 34 illik tarixində qazandığı böyükhesablı qələbələri xatırladaq.

1996, yoldaşlıq oyunu, Azərbaycan – Farer adaları 3:0
1997, yoldaşlıq oyunu, Azərbaycan – Türkmənistan 3:0
1999, Avropa çempionatının seçmə oyunu, Azərbaycan – Lixtenşteyn 4:0
2012, yoldaşlıq oyunu, Azərbaycan - Hindistan 3:0; yoldaşlıq oyunu, Azərbaycan - Bəhreyn 3:0
2013, yoldaşlıq oyunu, Azərbaycan - Malta 3:0
2017, dünya çempionatının seçmə oyunu, Azərbaycan - San Marino 5:1
2018, yoldaşlıq oyunu, Azərbaycan - Qırğızıstan 3:0; Millətlər Liqası, Farer adaları - Azərbaycan 0:3
2022, Millətlər Liqası, Azərbaycan – Qazaxıstan 3:0
2023, Avropa çempionatının seçmə oyunu, Azərbaycan - İsveç 3:0

Göründüyü kimi, yığmamız tarixinin ən böyükhesablı qələbələrini 1999-cu və 2017-ci illərdə qazanıb. Ümid etmək olar ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma bu rekordu yeniləyə biləcək.

KƏNAN BAHADIR

Избранный
27
football-plus.az

1Источники