RU

İran klublarına qadağa: Bu ölkələrə getmək olmaz

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İran İdman Nazirliyi milli komandaların və bütün idman klublarının “düşmən” hesab edilən ölkələrə səfər etməsini ikinci bir açıqlamaya qədər qadağan edib.

"Cebheinfo.az" xəbər verir ki, nazirlik bu qərarın iranlı idmançıların təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən qəbul edildiyini bildirib.

“Milli komandaların və klub komandalarının, düşmən hesab edilən və iranlı idmançılarla nümayəndə heyətinin təhlükəsizliyini təmin edə bilməyən ölkələrə səfəri qadağan edilib”, - nazirliyin açıqlamasında qeyd olunub. 

Qərarın bölgədəki mövcud gərginlik və təhlükəsizlik riskləri fonunda qəbul edildiyi vurğulanıb.

İdman Nazirliyi həmçinin Futbol Federasiyası və klublardan Asiya Futbol Konfederasiyası (AFC) ilə əlaqə saxlamalarını istəyib.

Bu çərçivədə planlaşdırılan oyunların ev sahibliyi yerlərinin dəyişdirilməsi və qarşılaşmaların neytral meydanlarda keçirilməsi üçün müvafiq addımların atılması tapşırılıb.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
30
1
cebheinfo.az

7Источники