RU

Ürək əməliyyatı keçirmiş 48 yaşlı jurnalist vəfat etdi FOTO

Medicina portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Azərbaycan" qəzetinin şöbə müdiri, Parlament Jurnalistlər Birliyinin üzvü, qazi jurnalist Rəşad Baxşəliyev vəfat edib.

Medicina.az xəbər verir ki, ötən il ağır ürək əməliyyatı keçirən jurnalist infarkdan dünyasını dəyişib.

O, bu gün dəfn olunacaq.

Qeyd edək ki, R. Baxşəliyev 1978-ci ildə Mingəçevir şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Uzun illər "Şərq" qəzetində çalışıb. Sonra fəaliyyətini rəsmi dövlət mətbuat orqanı olan "Azərbaycan" qəzetində davam etdirib. O, Parlament Jurnalistləri Birliyinin üzvü idi.

R.Baxşəliyev 2020-ci ildə Vətən müharibəsi başlayan kimi ordu sıralarına qoşulub. Müharibədə zabit kimi döyüşüb, bir necə medalla təltif olunub.

Mərhumun iki övladı yadigar qalıb.

Allah rəhmət eləsin!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
21
15
icma.az

10Источники