İran mediası İsrail və ABŞ tərəfindən həyata keçirilən hücumlar zamanı İranın keçmiş lideri Ayətullah Əli Xameneyinin ölümündən bir neçə dəqiqə əvvəl çəkildiyi iddia edilən təhlükəsizlik kamerası görüntülərini yayımlayıb.
"Cebheinfo.az" xəbər verir ki, yayılan görüntülərin Xameneyinin ölümündən cəmi 23 dəqiqə əvvəl qeydə alındığı bildirilir.
Hələlik görüntülərin həqiqiliyi ilə bağlı rəsmi və müstəqil mənbələr tərəfindən təsdiq verilməyib. İsrail və ABŞ tərəfi də məsələ ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb.(Musavat)
"Cebheinfo.az"