RU

Xəyanətlə üzləşmiş qadından ağlasığmaz intiqam

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəyanətlə üzləşən qadın sevgilisindən intiqam almaq üçün onu rüsvay edib.Demokrat.az xəbər verir ki, hadisə İtaliyada baş verib. Qadın sevgilisinin işdə olmasından istifadə edərək onun avtomobilini aerozol boya ilə rəngləyib. Maşının üzərinə təhqiramiz ifadələr və xəyanət ittihamları yazan qadın bununla da kifayətlənməyib. O, sevgilisinin başqa qadınlarla olan şəxsi yazışmalarının çap olunmuş variantlarını da nəqliyyat vasitəsinin üzərinə yapışdırıb.Şəhər sakinləri və yoldan keçənlər bu mənzərəni maraqla izləyib, fotolar və videolar çəkərək internetdə paylaşıblar. İstifadəçilərin bir qismi qadının bu addımına yumorla yanaşsa da, digərləri münasibətlərin bu formada aydınlaşdırılmasını pisləyiblər.Qeyd edək ki, bu hadisənin hüquqi nəticələri də ola bilər. Əmlaka zərər vurma və şəxsi yazışmaların icazəsiz yayılması qanunvericiliyin pozulması kimi qiymətləndirilir. Avtomobil sahibinin məsələyə münasibəti və polisə müraciət edib-etməyəcəyi hələlik məlum deyil.İsmayıl

Demokrat.az

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
28
demokrat.az

1Источники