RU

Körfəz ölkələri ABŞ-İran danışıqlarında iştirak etmək istəyirlər

Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələr ABŞ və İran arasında aparılacaq istənilən danışıqlar prosesində iştirak etməlidir.

 

AFP-nin xəbərinə görə, bunu KƏŞ-in Baş katibi Casim Məhəmməd əl-Budeyvi deyib.

 

“Biz Körfəz Əməkdaşlıq Şurası ölkələrinin istənilən danışıqlarda və ya razılaşmada iştirakının vacibliyini vurğulayırıq”, - əl-Budeyvi qeyd edib.

 

O əlavə edib ki, İran Hörmüz boğazından keçən gəmilərdən pul tələb edir.

 

Senzor.az xatırladır ki, Körfəz Ölkələri Şurası 25 may 1981-ci ildə yaradılıb. Quruma Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman dövlətləri daxildirlər.

Избранный
10
5
senzor.az

6Источники