RU

“Danışıqlardan danışmaq mənasızdır ” İran səfiri

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“İran hazırkı vəziyyətdə ABŞ ilə danışıqlar aparmağın mənasız olduğunu düşünür”.

Redaktor.az xəbər verir ki, bu sözləri İranın Rusiyadakı səfiri Kazım Cəlali news.ru -ya verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, tərəflər hazırda "müharibənin ortasındadır" və danışıqlardan danışmaq "mənasızdır".

Diplomat qeyd edib ki, hətta müharibədən sonrakı siyasi xətlər də mövcud vəziyyətlə müəyyən edilir və bu barədə müzakirə aparmaq üçün hələ tezdir.

"Rusiyaya gəldikdə isə, biz həmişə demişik ki, bu ölkəni özümüzə dost hesab edirik və Moskvanın istənilən təklifini ciddi şəkildə nəzərdən keçirəcəyik", - deyə Cəlali bildirib.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
28
1
redaktor.az

2Источники