RU

Sağlam ömrü uzatmağın gözlənilməz bir yolu ortaya çıxdı

El Salvador Universitetinin professoru və həkimi Sebastian La Rosa sağlam ömrü uzatmağın qeyri-adi üsulunu açıqlayıb.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, məqsəd sadəcə uzun yaşamaq deyil, sağlam və aktiv qalaraq ömrü uzatmaqdır.

Mütəxəssis bildirib ki, bunun üçün qida qəbulunu bədənin gündəlik ehtiyacından 20-40 faiz azaltmaq faydalı ola bilər. Bu yanaşma orqanizmdə hüceyrə səviyyəsində yenilənmə proseslərini aktivləşdirir və yaşlanmanı ləngidə bilər.

La Rosa vurğulayıb ki, qida miqdarını azaltmaqla yanaşı, qəbul olunan qidaların keyfiyyəti də çox önəmlidir. Orqanizm bütün vacib vitamin və mineralları almalıdır.

Həkim əlavə edib ki, sağlam ömrü uzatmaq üçün təkcə qidalanma kifayət deyil. Müntəzəm fiziki aktivlik, stressin azaldılması və kifayət qədər yuxu da bu prosesdə mühüm rol oynayır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
32
e-saglam.az

1Источники