RU

Eks-sevgilisi ifadəsində Hande Erçeldən danışdı

Türkiyədə narkotik əməliyyatları nəticəsində saxlanılan iş adamı Hakan Sabancının ifadəsi ortaya çıxıb.

Narkotik istifadəçisi olmadığını bildiriən Sabancı eks-sevgilisi, aktrisa Hande Erçellə bağlı da ifadə verib:

"Həyatımda heç vaxt narkotik istifadə etməmişəm və heç vaxt narkotik istifadə edilən mühitdə olmamışam. Aygün Aydın (eks-sevgilisi) keçmişdə tanış olduğum, haqqında uzaqlaşdırma qərarı çıxartdığım, lakin buna riayət etmədiyi üçün həbs olunan birisidir. Onun mənim haqqımda dedikləri, ətrafda deyilənlər böhtandır. Bu şəxslə narkotik istifadə etdiyim iddiası tamamilə yalandır.Hande adlı şəxsi də tanıyıram. O heç vaxt yanımda narkotikdəın istifadə etməyib".

Xatırladaq ki, Aygün bir müddət əvvəl Hakanla bağlı ifadə verərək dəfələrlə onun yanında narkotikdən istifadə etdiyini bildirmişdi. O, hətta "Bebek" hotelinin işçilərinin də buna şahid olduqlarını deyib.

Qeyd edək ki, hazırda Hande Erçel axtarışdadır. Hakan isə ifadəsi və test nümunələri götürüldükdən sonra sərbəst buraxılıb. Lakib barəsində ölkədən çıxışına qadağa qoyulub. (Axşam.az)

Избранный
14
2
musavat.com

3Источники