Tanınmış jurnalist Rəşad Baxşəliyev vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, mərhum jurnalist bu gün dəfn olunacaq.
Rəşad Baxşəliyev uzun illər fəaliyyəti dövründə peşəkarlığı, səmimiyyəti və yüksək insani keyfiyyətləri ilə seçilib, həmkarlarının hörmətini qazanıb.
Qeyd edək ki, Rəşad Baxşəliyev "Azərbaycan" qəzetinin şöbə müdiri, Parlament Jurnalistlər Birliyinin üzvü, həmçinin qazi olub.
Allah rəhmət eləsin./Milli.Az