RU

Qazaxıstanda FHN hərbçiləri daşqın təhlükəsinə qarşı tədbirlər görür

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Astana, 26 mart, AZƏRTAC

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin hərbi hissəsinin şəxsi heyəti Petropavlovsk şəhəri və Zareçnı qəsəbəsində daşqın təhlükəsinə qarşı tədbirlər görür.

AZƏRTAC Qazaxıstan FHN-ə istinadla xəbər verir ki, əsas diqqət əraziləri daşqından qorumaq üçün kisələri inert materialla doldurmağa yönəlib. İşlərə 47 hərbi qulluqçu və 3 texnika cəlb edilib.

Daşqınlara qarşı tədbirlər başlayandan indiyədək 6000 kisə hazırlanıb, təxminən 8000 kubmetr ərazi qardan təmizlənib. Bütün tədbirlər hidroloji vəziyyətin dəyişməsinə operativ reaksiya vermək üçün gücləndirilmiş rejimdə aparılır.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
2
azertag.az

3Источники