RU

Ata yurdunu ziyarət edərkən minaya düşdü VİDEO

ain.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Ağdamda mina hadisəsi baş verib. Hadisə rayonun işğaldan azad olunmuş Yusifcanlı kəndi ərazisində qeydə alınıb.Kənd sakini, 41 yaşlı Ceyhun Abbasov minaya düşərək xəsarət alıb.Onun dostu Vüqar Quluyev hadisə ilə bağlı jurnalistlərə açıqlama verib.

"O, öz həyətinə gedərkən qapıya çatmağa az qalmış minaya düşüb. Mən də dostlarıma, tanışlarıma və yaxınlarıma müraciət edərək demək istəyirəm ki, oraya getməsinlər. Həmin kənd Ağdam rayonunun ən çox mina basdırılmış ərazilərindən biridir", - deyə Vüqar Quluyev bildirib.

/Baku TV

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
1
azxeber.com

2Источники