Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Türkiyənin tanınmış sosial media simalarından olan Kübra Karaarslanın ölümü onu tanıyan şəxsləri sarsıdıb. 21 yaşlı gənc qadın həyatına son qoyub. Hadisənin ən diqqətçəkən tərəfi isə gənc qızın atasının İstanbulda tanınmış məscidlərdən birinin imamı olmasıdır.Hadisə şahidlərin gözü qarşısında baş verib. Ətrafdakı insanlar uzun müddət Kübranı fikrindən daşındırmağa çalışsalar da, buna nail ola bilməyiblər. O, vətəndaşların bütün cəhdlərinə baxmayaraq, qəfildən özünü körpüdən atıb. Ağır yaralı halda xəstəxanaya çatdırılan gənc fenomenin həyatını xilas etmək mümkün olmayıb. Araşdırmalar zamanı məlum olub ki, gənc qadın bu addımı atmazdan bir qədər əvvəl bütün sosial media hesablarını qapadıb.Mərhumun cənazəsi ekspertizadan sonra İstanbula gətirilib. Ümraniyədəki Həzrəti Yusif məscidinin imamı olan atası Osman Şevket Karaarslan övladını son mənzilə yola salıb. Dəfn mərasimində rəsmi şəxslər və ailə yaxınları iştirak ediblər. Gənc fenomenin belə addım atmasının səbəbi hələlik tam məlum deyil.

İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.